AZ

Şükür Həmidovun anası vəfat etdi

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova vəfat edib.

“Bakuinfo” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov deyib.

O bildirib ki, Şərqiyə Həmidova bu gün səhər saat 05:30-da dünyasını dəyişib:

“Şəkər xəstəliyindən əziyyət çəkirdi, bir neçə dəfə infarkt keçirmişdi. Yataq xəstəsi idi”.

Seçilən
29
4
bakuinfo.net

10Mənbələr