AZ

Rusiya və Ukrayna razılığa gəliblər

"Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyasının (AES) yaxınlığında lokal atəşkəs barədə razılığa gəliblər. Bu, AES yaxınlığındakı elektrik ötürücü xətlərində təmir işlərinə başlamağa imkan verib".

Bakıvaxtı.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bəyanat yayıb.

"BAEA komandası hərbi münaqişə zamanı nüvə qəzasının qarşısını almaq üçün davam edən səylər çərçivəsində bir neçə gün davam edəcəyi gözlənilən təmir işlərinə nəzarət edir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Zaporojye AES - 2022-ci ilin martından bəri Rusiya ordusunun nəzarəti altındadır./Oxu.Az

Seçilən
32
2
bakivaxti.az

3Mənbələr