AZ

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

Misli Premyer Liqasının 2025/26 mövsümünün arxada qalan ilk yarısında klublar ümumilikdə 35 qapıçı sifariş edib və onlardan 23-ü yerli, 12-si isə legioner statusuna malik olub.

İdman.Biz xəbər verir ki, bu qolkiperlərdən 13-ü meydana çıxmayıb, 16 tur ərzində isə 12 komanda 22 qapıçıya güvənib. Meydana çıxan əlcək sahiblərindən 17-si ən azı bir dəfə quru oyun keçirməyə nail olub.

Ən çox matçda qapısını toxunulmaz saxlayan beş qapıçı bunlardır: Oleq Baklov “Turan Tovuz”da 15 oyunda 8 quru matç keçirib, Stas Pokatilov “Sabah”da 16 oyunda 8 dəfə qapısını toxunulmaz saxlayıb, Andrey Sinenka “İmişli”də 16 oyunda 7 quru oyunla fərqlənib, Kenan Piriç “Neftçi”də 16 oyunda 6 dəfə qol buraxmayıb, Rikardo Fernandes isə “Şamaxı”da 16 oyunda 6 quru matç keçirib.

Mövsümün ilk yarısında ən uzun quru oyun seriyası beş matçdan ibarət olub. Andrey Sinenka Premyer Liqanın ilk beş turunda qapısını toxunulmaz saxlayıb və yalnız altıncı turda, çempionatda keçirdiyi 529-cu dəqiqədə topu qapısında görüb. Bu göstərici mövsümün rekordu kimi qeydə alınıb.

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyevin quru seriyası isə davam edir. İkinci turda keçirilən ilk matçda qol buraxan qolkiper sonrakı beş oyunda qapısını toxunulmaz saxlayıb və hazırda onun quru oyun seriyası 468 dəqiqəyə çatıb.

İdman.Biz
Seçilən
38
4
idman.biz

5Mənbələr