AZ

Ukrayna rus xüsusi təyinatlılarını darmadağın etdi

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna ordusu Donetsk vilayətinin Berdyansk yaşayış məntəqəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin komanda məntəqəsinə və xüsusi təyinatlıların toplanış mərkəzinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin PUA komandiri Robert Brovdi (Madyar) məlumat verib.

Məlumata görə, zərbələr nəticəsində 51 nəfər öldürülüb, 74 nəfər yaralanıb, xeyli sayda hərbçi isə itkin düşüb.

Ümumilikdə, Rusiya Baş Kəşfiyyat İdarəsinin 14-cü Xüsusi Təyinatlı Briqadasının 120-dən çox əsgəri zərərsizləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
2
axar.az

3Mənbələr