AZ

Onlar da saxlanıldılar

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan genişmiqyası narkotik əməliyyatları çərçivəsində daha iki tanınmış sima saxlanılıb.

Oxu.Az bu barədə "TGRT Haber" telekanalına istinadən xəbər verir.

Bildirilir ki, bu gün səhər saatlarında keçirilmiş əməliyyat zamanı "HaberTürk" telekanalının keçmiş baş direktoru və jurnalist Veysi Ateş və sosial media fenomeni Taner Çağlı polis tərəfindən saxlanılıblar.

Qeyd edilir ki, sözügedən əməliyyat çərçivəsində bu günə kimi 23 nəfər həbs edilib.

Seçilən
63
3
milli.az

6Mənbələr