AZ

Paralimpiya Komitəsi 30 illiyə hazırlaşır

2026-cı ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq.

"Football-plus.az" xəbər verir ki, yubiley ilində bir sıra yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib:
“Milli Paralimpiya Komitəsinin beynəlxalq standartlara cavab verən yeni loqosu təqdim olunacaq. Digər ölkələrin paralimpiya komitələri ilə əməkdaşlıq münasibətləri inkişaf etdiriləcək. Yeni tibbi təsnifat qaydalarına uyğunlaşdırma və əlilliyi olan Vətən müharibəsi iştirakçılarının paralimpiya idman növlərinə cəlb olunması prosesi davam etdiriləcək. Həmçinin karyerasını başa vuran paralimpiyaçıların məşqçi kimi fəaliyyətini davam etdirməsi üçün müvafiq dəstək göstəriləcək. Bunlarla yanaşı, yeni saytımızı istifadəyə verəcəyik”.
Seçilən
6
5
football-plus.az

6Mənbələr