AZ

"Azza"dan alınan tort zəhətlənməyə səbəb olub? - ŞİKAYƏT

"Azza"dan alınan tort zəhətlənməyə səbəb olub? - ŞİKAYƏT

"Azza Gastronom" şirniyyat mağazaları ilə bağlı şikayət var.

AFN.az xəbər verir ki, feyzbukda "Müştəriyəm, şikayətim var" qrupuna yazan anonim istifadəçi "Azzadan" aldığı tortdan zəhərlənmə olduğunu bildirib. Vətəndaş iddia edir ki, "Azza Gastronom"dan dekabrın 25-də aldığı tort dekabrın 27-də istehlak edilib: "Məhsulun üzərində saxlama müddətinin 96 saat olduğu qeyd edilib. Tortu yeyən iki nəfər zəhərlənib. Ana-balanın xəstəxanaya yerləşdirilməsinə səbəb oldunuz".

"Azza Gastronom"dan məsələ ilə bağlı mətbuata verilən açıqlamada bildirilib ki, şikayətdən məlumatlıdırlar: "Instagram" səhifəmizə müraciət olub. Sözügedən müştəriyə məlumat verilib. Müştəri heç bir mağazamıza məhsul və qəbz təqdim etməyib. Həmçinin həkim arayışı da yoxdur. Biz bilməliyik ki, həqiqətən də "Azza" tortundan zəhərlənmə baş verib. Məhsul olmadan rəy bildirmək mümkün deyil. Məhsul olmadan hər kəs şikayət edə bilər. Şikayəti əsaslandırmaq lazımdır. Şokoladlı tortdan zəhərlənmə isə az halda baş verir".

Seçilən
23
9
afn.az

10Mənbələr