AZ

Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb

Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Hafta.az-a verilən məlumata görə, günorta saatlarında naməlum şəxs sərnişin qismində 54 saylı xətt üzrə hərəkət edən avtobusa daxil olaraq sürücünün mobil telefonunu talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı S.Quluzadə müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin avtobusa sərnişin qismində daxil olduğu və anidən yanında dayandığı sürücünün mobil telefonunu götürərək qaçdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
29
29
hafta.az

10Mənbələr