Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.
8 avqustda qəbul edilən sənəd sənəd deyil, 9 noyabrda(10 noyabr 2020-ci li tarixli üçtərəfli bəyanat-S.L.) qəbul edilən isə gerçək sənəddir.
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bu fikri bu gün Qarabağda ləğv olunmuş keçmiş separatçı-terrorçu rejimin qondarma "təhlükəsizlik şurası"nın katibi, 2023-cü ilin 19-20 sentyabr Azərbaycan ordusunun lokal əməliyyatından sonra dövlət sərhədimizi müəmmalı şəkildə keçərək İrəvana qaça bilmiş general-mayor, Xocalı canisi Vitali Balasanyan jurnalistlərlə söhbətində bildirib.
"Artsaxın qaytarılması məsələsi Paşinyan üçün bağlıdır, amma bizim üçün bağlanmayıb. 9 noyabrdan etibarən hələ də qüvvədə olan bir sənəd var", - deyə Balasanyan bildirib.
Erməni kilsəsinə qarşı kampaniya və kilsənin Qarabağdakı yeparxiyasının primatının davranışı ilə bağlı şərh verən Balasanyan qeyd edib:
"Mənim mühakimə etmək istəyim yoxdur. Artsax xalqı öz fikirlərini bildirib. Allah hər bir möminin hakimidir. Bunu pozan hər kəsi Allah cəzalandıracaq. Mühakimə etmək mənim işim deyil".
Qeyd edilir ki, Vitali Balasanyan bu gün Eçmiədzindəki kilsədə keçirilən liturgiyada iştirak edib.
Xatırladaq ki, Vitali Balasanyan bundan əvvəl noyabrdakı açıqlamasında "Noyabrın 9-da (noyabrın 10-da-red.) imzalanmış sənədi heç kim ləğv etməyib, noyabrın 9-da imzalanmış sənəd qüvvədədir, ümid edirəm ki, bu sənəd həyata keçiriləcək”, - deyə bildirmişdi. Yanvarın 18-də isə o, 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın tərəfləri olan Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinə ünvanlanmış məktubunu dərc etmişdi.
S.Laçın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.