AZ

Myanmada ümumi seçkiyə start verildi

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Myanmada son beş ildə ilk dəfə olaraq ümumi seçki başlayıb.

Oxu.Az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bazar günü seçkinin birinci mərhələsi - 330 seçki dairəsindən 102-də səsvermə keçirilir.

Ümumilikdə səsvermənin üç mərhələdə keçirilməsi nəzərdə tutulub. İkinci mərhələ gələn il yanvarın 11-nə, üçüncü mərhələ isə yanvarın 25-nə planlaşdırılıb. Nəticələrin fevral ayına qədər məlum olacağı gözlənilir.

Seçkidə 57 partiyadan 4 800 namizəd iştirak edir. Vətəndaşlar Myanma parlamentinin (Birlik Assambleyası) deputatlarını və yerli qanunverici orqanların nümayəndələrini seçirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
3
oxu.az

4Mənbələr