ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın 2-ci bundesliqa klublarından olan "Kayzerslautern"in futbolçusu Mahir Emreli Azərbaycana qayıdıb."Football-plus.az" bu barədə 28 yaşlı hücumçunun sosial şəbəkə hesabına istinadla xəbər verir. Maraq üçün bildirək ki, həmvətənimiz həm ölkəyə qayıdışı, həm də "Kayzerslautern" haqda paylaşım edib. O, "qırmızı iblislər"in 2025/26 mövsümünü əhatə edən şəkillərdən ibarət paylaşımını "repost" edib. İş ondadı ki, həmin şəkillərin heç birində Mahir yoxdu...Xatırladaq ki, Mahir cari mövsümdə cəmi dörd 2-ci bundesliqa matçında forma geyib. Onun hesabında nə qol, nə də məhsuldar ötürmə var. 12-ci turda "Herta"ya qarşı görüşdə bud nahiyəsindən zədələnən həmvətənimiz üçün il erkən - noyabrın 8-də başa çatıb.KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.