AZ

Zaur övladlarının xəstəliyindən DANIŞDI: Beynim yanındadır ki, görəsən, necə oldu?”

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Teleaparıcı Zaur Baxşəliyev hazırda yayılan epidemiya ilə bağlı narahatlığını bölüşüb.

Milli.Az-ın məlumatına görə, o, bildirib ki, virus onun övladlarından da yan keçməyib.

Aparıcının sözlərinə görə, həm qızı Dilavər, həm də oğlu Davud xəstələnib. Xüsusilə Dilavərin vəziyyəti onu ciddi şəkildə narahat edir:

"Hazırda qəribə virus yayılıb. Hərarətlə olur. Dilavərlə Davud da xəstədir. Dilavər qızdırmanın içərisindədir. Beynim yanındadır ki, görəsən, necə oldu?", - deyə Zaur Baxşəliyev qeyd edib.

O, valideynləri diqqətli olmağa çağırıb. O, xüsusilə uşaqlarda yüksək hərarət, halsızlıq və digər əlamətlər müşahidə olunduqda vaxt itirmədən mütəxəssisə müraciət etməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, son günlər mövsümi virus infeksiyalarının artması müşahidə olunur və həkimlər gigiyenik qaydalara ciddi əməl etməyi tövsiyə edirlər.

Hüseyn

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
news.milli.az

2Mənbələr