AZ

Qarabağ ın Azərbaycanda legioner futbolçusu qalmadı... istirahət, hazırlıq və Ayntraxt !

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Misli premyer-liqasında çıxış edən komandalar dekabrın 22-də yekun vurulan 16-cı turdan sonra qış fasiləsinə yollandı. İndi elita təmsilçilərini gərgin qış fasiləsi gözləyir. Onlar zamandan səmərəli istifadə etməli, mövsümün qalan vaxtında hədəfə çata bilmək üçün çalışmalıdı. Təbii ki, bu ərəfədə gözlər "Qarabağ"a dikilib. Axı ağdamlılar başqalarından fərqli Çempionlar Liqası çərçivəsində "Ayntraxt" və "Liverpul"a qarşı çətin sınaqlarla üz-üzədi.Maraqlıdı, "köhlən atlar"ın legioner futbolçularının hamısı vətəninə yollanıb, yoxsa hələ Azərbaycanda olanlar var?"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Football-plus.az"a açıqlamasında bildirdi ki, komandanın bütün əcnəbi üzvləri ölkəmizi tərk edib. Onlar dekabrın 21-də keçirilən “Qəbələ" - "Qarabağ" (1:2) matçından sonra vətəninə yollanıb.Xatırladaq ki, Ağdam təmsilçisi yeni ildə ilk rəsmi matçını yanvarın 21-də Bakıda “Ayntraxt”a qarşı keçirəcək.KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
icma.az

2Mənbələr