AZ

Tərtərdə iki minik avtomobili toqquşub - Xəsarət alanlar var

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Tərtərdə iki minik avtomobili toqquşması zamanı xəsarət alanlar var.

TurkicWorld-un əldə etdiyi məlumata görə, yol nəqliyyat hadisəsi Hindarx-Borsunlu avtomobil yolunun rayonun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Mitsubishi" markalı avtomobillə toqquşub.

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb

Seçilən
29
5
turkic.world

10Mənbələr