Sportal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Afrika Millətlər Kubokunda 2-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Benin və Botsvana milli komandaları qarşılaşıb.
Görüş Benin millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Benin yığmasında Azərbaycan Premyer Liqasında çıxış edən bir futbolçu da meydana çıxıb. "Neftçi"nin yarımmüdafiəçisi Sessi Dalmeyda matça start heyətində başlayıb. 30 yaşlı futbolçu 54-cü dəqiqədə əvəzlənib. "Sumqayıt"da çıxış edən Abdul Raşid Mumini isə bu görüşdə iştirak etməyib. 2 turdan sonra 3 xal toplayan Benin seçməsi B qrupunda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.