ain.az bildirir, Bizim media saytına əsaslanaraq.
Səhər saatlarından başlayaraq Şimal-Qərb rayonlarına qar yağır. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgə rayonlarına iki gün əvvəl cüzi qar yağmış və səhəri günortaya kimi ərimişdi. Bu gün isə səhər saat 8 radələrindən başlayaraq bölgənin əksər dağlıq və dağətəyi yaşayış məntəqələrinə qar yağmağa başlayıb. Verilən məlumatlara görə yüksək dağlıq ərazilərdə qarın qalınlığı 8-10, dağətəyi yaşayış məntəqələrində isə qarın qalınlığı 3-5 sm arasında dəyişir.
Bölgədən keçən avtomobil yolları, magistrallarında eləcə də kəndarası yollarda nəqliyyatın hərəkətində eləcə də enerji verlişlərində heç bir problem qeydə alınmayıb.
Qarın gün boyu yağacağı, axşam temperaturun mənfiyə enecəyi, yolların buz bağlama ehtimalının artacağı gözlənilir. 




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.