Kiyev “Dinamo”sunun keçmiş futbolçusu Aleksandr Əliyev keçmiş baş məşqçisi Valeri Qazzayevdən niyə narazı olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, Əliyev bu barədə “Futbolniy Divan” YouTube kanalında deyib.
Xatırladaq ki, Qazzayev 2009-2010-cu illərdə Kiyev “Dinamo”sunu çalışdırıb. Onun rəhbərliyi altında komanda Ukrayna Super Kubokunu (2009) qazanıb və Ukrayna Çempionatında ikinci yeri tutub (2009/10).
“O, məni yanına çağırırdı. Məni kapitan etmək istəyirdi. Dedi ki, ‘Xahiş edirəm, mənə kömək edin. Görürəm ki, sən və Tema (Milevski) lidersiniz. Xahiş edirəm, mənə kömək edin. Sən kapitan, Tema isə vitse-kapitan olacaq”. Baxmayaraq ki, o vaxtlar Sanya Şovkovski, Taras Mixalik və digər yaşlı futbolçular da var idi.
Və sonra, Super Kubokdan əvvəl keçirilən görüşdə o, Milevskinin kapitan olduğunu dedi. Söhbət mənim kapitan olmamağımdan getmir. Amma mənə yalan danışmağını xoşlamadım.