AZ

Çexiyada Milad hədiyyəsi evdən qaçdı

Çexiyanın Zlin bölgəsində "Skip" adlı 18 aylıq kenquru evdən qaçıb.

Moderator.az xəbər verir ki, bu barədə "Novinky" nəşri məlumat yayıb.

Məlumata görə, heyvan bir ailənin Milad üçün uşaqlarına aldığı hədiyyə olub.

Kenquru balasının axtarışlarına yanğınsöndürənlər cəlb olunub. Ailə sosial şəbəkədə yerli əhalidən yardım istəyib.

Qısa müddət sonra evdən qaçmış Milad hədiyyəsi tapılıb. 80 santimetr boyu və 18 kiloqram çəkisi olan kenquru balasının evdəki səs-küydən qorxduğu üçün qaçdığı bildirilib.

Seçilən
64
1
moderator.az

2Mənbələr