AZ

Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək

Kanada Ukraynaya əlavə 2,5 milyard dollarlıq iqtisadi yardım göstərəcək.

Aznews.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni bu ölkədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

"Bu gün biz Ukraynaya əlavə 2,5 milyard dollarlıq iqtisadi yardım ayırdığımızı elan edirik. Bu, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından maliyyələşmənin açılmasına və bərpa prosesinə başlanmasına kömək edəcək", – Karni vurğulayıb.

Öz növbəsində, Zelenski Karniyə göstərilən yardıma görə təşəkkür edib və Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini qeyd edib. "Bunun üçün bizə iki şey lazımdır: Rusiyaya təzyiq və Ukraynaya kifayət qədər güclü dəstək", – o əlavə edib.

Seçilən
17
5
aznews.az

7Mənbələr