AZ

Sabirabadda ağır qəza - Ölən var

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Bakuinfo" xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlunun idarə etdiyi QAZ-31 markalı avtomobil kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
33
8
bakuinfo.net

9Mənbələr