AZ

Hakan Çalhanoğlu "İnter"dən niyə gedir? – Şok qərarın pərdəarxası

"İnter"in türkiyəli ulduzu Hakan Çalhanoğlu klubun yeni müqavilə təklifini rədd edərək İtaliya klubundan ayrılmağa qərar verib.

Fanat.Az xəbər verir ki, İtaliya mətbuatının yaydığı son məlumatlara görə, 31 yaşlı yarımmüdafiəçi Milan təmsilçisi ilə 2027-ci ilə qədər olan müqaviləsini yeniləməkdən imtina edib.

"İnter" rəhbərliyi Hakanı komandada saxlamaq üçün ona illik 7 milyon avro maaş təklif etsə də, futbolçu bu təklifi geri çevirib. Klubun idman direktoru Cüzeppe Marotta və baş məşqçi Kristian Kivunun bütün səylərinə baxmayaraq, təcrübəli oyunçu karyerasında yeni bir səhifə açmaq istədiyini bildirib.

Çalhanoğlunun bu qərarından sonra Avropanın bir neçə nəhəng klubu, o cümədən Türkiyə təmsilçiləri "Qalatasaray" və "Fənərbağça" hərəkətə keçib. "İnter"in futbolçunu yanvar transfer pəncərəsində və ya gələn yay ən azı 30-35 milyon avro qarşılığında satmağa hazır olduğu qeyd edilir. Hakan Çalhanoğlu bu mövsüm Milan təmsilçisinin heyətində keçirdiyi 18 rəsmi oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamil Xudiyev

Seçilən
42
1
fanat.az

2Mənbələr