AZ

Bakıda bağçanın həyətini su basdı - Aidiyyəti qurum problemi nə vaxt həll edəcək?VİDEO

Bağçanın həyətini və küçəni su basıb.

Bir neçə gündür paytaxtın Xətai rayonu İlqar Zülfüqarov küçəsində yerləşən 248 nömrəli uşaq bağçasının həyətini su basıb. Bağçanın binasında məskunlaşan sakinlər “Xəzər Xəbər”ə bildiriblər ki, içməli su xəttində problem il ərzində dəfələrlə təkrarlanır. 1 həftəyə yaxındır ki, fasiləsiz axan içməli su ərazini bərbad hala salıb. 

Ərazidə yaşayan sakinlər bildirirlər ki, içməli su bir neçə gündür boşu-boşuna həyətlərə axır. Lakin mənzillərin heç birinə su verilmir. Bu səbəbdən də içməli suyu plastik qablarla evlərə daşıyırlar.

Bəs sözügedən ərazidə suyun kənarlaşdırılması və içməli suyun verilməsi nə zaman həyata keçiriləcək?

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən XəzərXəbərə bildirildi ki, Xətai rayonu, İlqar Zülfüqarov küçəsindən keçən su xəttində baş verən qəzanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Borunun zədəli hissəsi dəyişdirilərək yenisi ilə əvəz olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
38
50
xezerxeber.az

10Mənbələr