AZ

907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsi bu saytda yerləşdirilib

907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsinin mətni ABŞ Konqresinin saytında yerləşdirilib.

NOCOMMENT.az-ın xəbərinə görə, qanun layihəsində deyilir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri Amerika Birləşmiş Ştatlarının və onun müttəfiqlərinin sadiq tərəfdaşı olaraq qalır, Azərbaycan müharibə dövründə də, sülh dövründə də mühüm əməkdaşlığı təmin edib.

Qanun layihəsində bildirilir ki, Azərbaycan Cənubi Qafqazda sülhü prioritet hesab etdiyini açıq şəkildə nümayiş etdirmişdir və elə bir sülh sazişi əldə edib ki, bu sazişdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının müvafiq sərhədləri və ərazi bütövlüyü qarşılıqlı şəkildə razılaşdırılıb.

Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanundan həmin maddə ilə əlaqəli bənd çıxarılır.

Seçilən
29
7
nocomment.az

10Mənbələr