AZ

Tramp Rusiya iqtisadiyyatının “dəhşətli” vəziyyətdə olduğunu deyib...

...Təxminən dörd ildir Ukraynanı ələ keçirməyə çalışan Rusiya çətin iqtisadi vəziyyətdədir.

SİA-nın məlumatına görə, Donald Tramp bunu Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən əvvəl Politico-ya verdiyi müsahibədə bildirib.

...Onların iqtisadiyyatı çox ağır vəziyyətdədir, çox ağır vəziyyətdədir, - deyə Amerika prezidenti bildirib.

Dekabrın əvvəlində Rusiya Maliyyə Nazirliyi 2025-ci ilin yanvar-noyabr ayları üçün büdcə kəsirinin ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 dəfə çox, 4,276 trilyon rubla çatdığını bildirib.

Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinlə tezliklə daha bir söhbət etməyi planlaşdırdığını və onunla "istədiyi qədər" danışacağını açıqlayıb.

...Düşünürəm ki, Putin və Zelenskiilə də hər şey yaxşı olacaq, - deyə o qeyd edib.

Cümə günü Zelenskinin Rusiya ilə müharibəyə son qoymaq üçün 28 dekabrda Trampın Floridadakı Mar-a-Lago iqamətgahında Trampla görüşməyi planlaşdırdığı açıqlanıb. Ukrayna prezidentinin sözlərinə görə, o, özü ilə 20 maddəlik yenilənmiş sülh planının layihəsini gətirəcək. Sənəddə Donbasda silahsızlaşdırılmış zonanın yaradılması da yer alır və görüşdə ABŞ-ın təhlükəsizlik zəmanətlərinə diqqət yetiriləcəyi gözlənilir.

Əli Babayev

Seçilən
38
1
sia.az

2Mənbələr