AZ

"Adımı qoydular TikTok dilənçisi"

Aparıcı Elgiz Əkbər TikTok-da canlı yayıma girdiyi üçün tənqid edildiyini deyib.

 

"İki başlı" verilişinə qatılan aparıcı izləyicilərin ona "TikTok dilənçisi" dediklərindən danışıb:

 

"TikTok-da canlı açdım. Bir dəfə də bağlaya bilmirdim. Hədiyyələr atırdılar. İnsanların ürəyi istəyir, atır. Necə deyim, atmayın, kimsən sən? Eyib deyil? Camaat hədiyyə atır deyə, o deməkdir ki, dilənirəm? Girdim TikTok-a baxdım ki, 1200 manat pul gəlib. Heç bilməmişəm necə gəlib, kim şir atıb... Adımı qoydular TikTok dilənçisi. Yazdılar bu da qoşulub başqalarına dilənir. Elə utandım. Ondan sonra TikTok-a girmirəm". (Axşam.az)

Tarix: 27 Dekabr 2025, 19:30   
Seçilən
29
9
pravda.az

10Mənbələr