Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.
Milli.Az-ın məlumatına görə, hazırda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin isə 65 yaşdır.
Gələn ilin iyulun 1-dən isə Azərbaycanda qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı dəyişməyəcək.
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanununa görə, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. (metbuat.az)
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.