Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən“Cırtdan Meqa Şousu” bu il də ənənəvi olaraq xüsusi qayğıyaehtiyacı olan uşaqlar üçün təşkil olunub.
IDEA İctimai Birliyindən Trend-ə bildirilib ki, “Cırtdan: Zamanda Səyahət”başlığı ilə təqdim edilən şou Bakı Konqres Mərkəzinin səhnəsindənümayiş etdirilib. Şounun ilk seansı uşaq evlərində, internat vəxüsusi internat məktəblərində böyüyən balaca qonaqlar üçün təşkilolunub və bu çərçivədə 17 uşaq müəssisəsindən gələn ümumilikdə 948nəfər şou proqramını izləyib. Həmçinin IDEA İctimai Birliyininkönüllüləri tərəfindən uşaqlara hədiyyələr təqdim edilib. Yeni ilərəfəsində təqdim olunan bu rəngarəng və maraqlı tamaşa balacaizləyicilərə unudulmaz anlar yaşadaraq onlara bayraməhvali-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizinmüxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrindəhumanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatəedən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir.Xüsusilə bayram günlərində uşaq evlərində, internatmüəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlarüçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsasistiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çoxehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasınıhiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkilolunur.