"Azərbaycan musiqisində keyfiyyətsizlik baş alıb gedir. Özümə hörmət edən qadınam. Hər atdığım addıma cavabdehəm. Gördüyüm işləri keyfiyyətli formada görmək istəyirəm. Mənim hər şeyi yaxşı etməyimi kaprizlə səhv salmasınlar".
Bu sözləri müğənni Samirə ƏliMəryəm "Gün ortası" proqramında deyib.
Müğənni ona "kaprizli" deyənlərə cavab verib:
"33 ildir sənətdəyəm. Kənardan necə görsənməyimə cavabdeh deyiləm. İnsan hansı sahədə çalışırsa çalışsın, nəfsinə qul olmamalıdır. Onda səhvlər edərsən. Əslində güclü olmaqdan yoruldum. Səhnə arxası başqadır (kövrəlir). Hər zaman ayaqüstə və özümü problemsiz göstərirəm. Tamaşaçı ancaq mənim mahnılarımı dinləyir, pozitivliyimi istəyir. Amma həyatda hər şey gülmək deyil. Mənim imanım var, bu da məni xilas edir". (Axşam.az)