Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 199 min ton polad boru istehsal edilib.
Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Bu il dekabrın 1-nə olan vəziyyətə görə, ölkədə 3,8 min ton hazır məhsul ehtiyatı olub.