AZ

Moskvadan Gəncəyə uçan təyyarə niyə üç saatdan çox yubanıb?

Moskvanın Domodedovo hava limanından Gəncəyə uçması planlaşdırılan təyyarə reysi 3 saatdan artıq yubanıb.

 
Sitat.info Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın "Telegram" kanallarında məlumat yayılıb.
 
Ural Hava Yollarının "U62411" reysi ilə uçan sərnişinlər qeyd ediblər ki, Domodedovodan Gəncəyə 12:00 uçuşu üç saat yarım gecikib:
 
"Sərnişinlər deyirlər ki, uçuş hər 30 dəqiqədən bir yenidən planlaşdırılıb. Hava limanının və aviaşirkətin nümayəndələri gecikmənin səbəblərini izah etməyiblər".
Seçilən
15
5
sitat.info

6Mənbələr