AZ

Olimpiya çempionları şəhid övladları ilə görüşdülər - FOTOLAR

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Şabran rayonunda keçirilən VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin növbəti günündə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və çempion cüdoçularımız düşərgə iştirakçıları ilə görüşüblər.

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, cüdo üzrə Olimpiya və ikiqat Avropa çempionu, dünya çempionatının mükafatçısı Elnur Məmmədli, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, Avropa çempionları Rüstəm Orucov və Orxan Səfərov, eləcə də digər rəsmi nümayəndələr iştirak ediblər. 

Çempionlar düşərgə iştirakçıları ilə səmimi söhbət aparıb, öz həyat və idman yoluna dair təcrübələrini bölüşüb, onları məqsədyönlü və əzmkar olmağa çağırıblar.

Görüş çərçivəsində düşərgə iştirakçısı olan yeniyetmə cüdoçu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş giziri Mehrab Niftəliyevin qızı, Respublika və Sumqayıt şəhər birincisi Ləman Niftəliyevaya çempion cüdoçularımız tərəfindən kimono hədiyyə olunub. Olimpiya çempionlarından bu hədiyyəni almaq Ləman üçün yadda qalan, unudulmaz anlardan biri olub və görüş zamanı duyğusal anlar yaşanıb.

Sonda görüşün təşəbbüskarı olan “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov tərəfindən bütün düşərgə iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.

eyd edək ki, 23–29 dekabr 2025-ci il tarixlərində “Shabran Wellbeing Resort” İstirahət və Sağlamlıq Mərkəzində Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə keçirilən düşərgə ərzində müxtəlif maarifləndirici təlimlər, intellektual oyunlar, mədəni və idman tədbirləri təşkil olunur. Düşərgənin ikinci mərhələsinin 2026-cı ilin yay aylarında Fransada keçirilməsi planlaşdırılır.

Olimpiya çempionları şəhid övladları ilə görüşdülər - FOTOLAR

Olimpiya çempionları şəhid övladları ilə görüşdülər - FOTOLAR

Olimpiya çempionları şəhid övladları ilə görüşdülər - FOTOLAR

Olimpiya çempionları şəhid övladları ilə görüşdülər - FOTOLAR

Olimpiya çempionları şəhid övladları ilə görüşdülər - FOTOLAR

 

Seçilən
16
13
modern.az

10Mənbələr