AZ

Boksda qazandığımız medalların sayı artıb

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci ildə Azərbaycanın boks millilərinin beynəlxalq yarışlarda əldə etdikləri medalların sayı artıb."Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası (ABF) tərəfindən boksçu və məşqçilərlə keçirilən görüşdə bildirilib. ABF-nin vitse-prezidenti Vüsal Nəsirli boksçuların ötən illə müqayisədə bu il 4 yaş kateqoriyasında yarışlarda uğurla çıxış etdiklərini deyib, məşqçi korpusundan razılıq ifadə olunub. Federasiyanın fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün atılan addımlar qeyd edilib. Bu il Lənkəranda Cənub Regional Boks Mərkəzinin, Gəncə, Qazax və İmişlidə yeni boks bölmələrinin açılması yüksək qiymətləndirilib. Gələn il də bu prosesin davam etdiriləcəyi, boksun daha da kütləviləşməsi, habelə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində növbəti addımlar atılacağı bildirilib. Görüşdə növbəti il üzrə əsas hədəflərin medalların sayını, məşqçilər və hakimlərin kateqoriyalarını daha da artırmaq, yeni istedadların üzə çıxarılması, regionlarda boksun daha da inkişaf etdirilməsi, Seneqalda keçiriləcək Gənclərin Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etmək olduğu qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
136
50
icma.az

10Mənbələr