AZ

Uşaq oyuncaqları yükündən bəyan olunmayan mallar aşkar edildi

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycana "Uşaq oyuncaqları" adı altında gətirilən malların içindən bəyan olunmayan müxtəlif adda məhsullar aşkar edilib. SİA bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitənin Bakı Baş Gömrük İdarəsinin "Abşeron" gömrük postunda Çindən gətirilən yüklərə gömrük baxışı zamanı gömrük bəyannaməsində "yumşaq oyuncaq" kimi qeyd edilən yükün içərisində faktiki olaraq gömrük qanunvericiliyi pozulmaqla digər malların gətirildiyi müəyyən olunub.

Nəzarət və eyniləşdirmə prosedurları zamanı gömrük orqanına bəyan edilməyən müxtəlif adda məişət əşyaları, idman malları, dəftərxana ləvazimatları və digər məhsullar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
20
sia.az

10Mənbələr