AZ

“Rusiyanın iqtisadiyyatı çox ağır vəziyyətdədir” Tramp Zelenski və Putinlə anlaşacağını deyir

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Təxminən dörd ildir Ukraynanı ələ keçirməyə çalışan Rusiya çətin iqtisadi vəziyyətdədir. 

“AzPolitika” xəbər verir ki, bunu Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl “Politico”-ya verdiyi müsahibədə bildirib. "Onların iqtisadiyyatı çox ağır vəziyyətdədir, çox ağır vəziyyətdədir", - Amerika Prezidenti deyib. 

Qeyd edək ki, dekabrın əvvəlində Rusiya Maliyyə Nazirliyi 2025-ci ilin yanvar-noyabr ayları üçün büdcə kəsirinin ötən ilin eyni dövrü ilə müqayisədə 12 dəfə(!) artaraq,  4,276 trilyon rubla çatdığını bildirib.

Tramp həmçinin Vladimir Putinlə tezliklə daha bir söhbət etməyi planlaşdırdığını və onunla "istədiyi qədər" danışacağını açıqlayıb. "Düşünürəm ki, Putin və Zelenski ilə də hər şey yaxşı olacaq", - deyə o qeyd edib.

Ötən gün Zelenskinin Rusiya ilə müharibəyə son qoymaq üçün 28 dekabrda Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında ABŞ Prezidenti ilə görüşməyi planlaşdırdığı açıqlanıb. Ukrayna Prezidentinin sözlərinə görə, o, özü ilə 20 maddəlik yenilənmiş sülh planı layihəsini aparacaq. Sənəddə Donbasda silahsızlaşdırılmış zonanın yaradılması da yer alır və görüşdə ABŞ-nin təhlükəsizlik zəmanətlərinə diqqət yetiriləcəyi gözlənilir. Lakin Trampın özü müsahibəsində zəmanətlərlə bağlı məqama o qədər də həvəs göstərməyib: "Mən təsdiq edənə qədər onun(Zelenskinin-red.) heç nəyi olmayacaq. Odur ki, baxaq görək onun nəyi var”, - deyə Ağ Ev rəhbəri bildirib. Buna baxmayaraq, o, Zelenski ilə görüşün məhsuldar olacağına ümid etdiyini deyib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
azpolitika.info

1Mənbələr