Azərbaycanda vəkillərin sayı 2 min 836-ya çatıb.
KONKRET.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkil Günü” peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimində deyib.
Onun sözlərinə görə, bu gün 60 yeni vəkilin and içməsi ilə Azərbaycanda vəkillərin ümumi sayı 2 min 836-ya çatıb:
“Onlardan qadın vəkillərin sayı 633, kişi vəkillərin sayı isə 2 min 203 nəfərdir. Ümumilikdə 2025-ci il ərzində keçirilmiş test imtahanlarında 823 namizəd iştirak edib. Onlardan 420-si uğur qazanıb”.