AZ

DİN bayramda Qarabağa getmək istəyənlərəMÜRACİƏT ETDİ

Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində azad olunan ərazilərə səfərə çıxan şəxslərə müraciət edib.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Vurğulanıb ki, yalnız müvafiq icazəsi olan şəxslərin azad edilən ərazilərə sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq: "Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər".

 

Qeyd olunub ki, qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.

Seçilən
45
37
senzor.az

10Mənbələr