Təbriz polisinin sosial asayişi pozanlara qarşı davranışına dair videolar kiber məkanda milyonlarla insanın rəğbətini qazanır.
KONKRET.az xəbər verir ki, təkcə İranda deyil, Azərbaycan Respublikasında da şəhərin cinayətkar aləminə qarşı gecə reydlərini əks etdirən görüntülər böyük rəğbət qazanıb.
İranın Şərqi Azərbaycan vilayəti polis idarəsinin təşkil etdiyi bu reydlərə artıq canlı əfsanəyə dönmüş bir şəxs başçılıq edir – polkovnik Məhəmməd Bozorg. Şəhərə asayiş və təhlükəsizlik gətirən cəsur azərbaycanlının qanun pozucuları ilə davranı tərzi, rəftarı xüsusi rəğbətlə qarşılanır.
