AZ

"Vəkillik institutunun rolu ayrı-ayrı ölkələrdə fərqlidir" - Kamran Əliyev

“Vəkillik cəmiyyətin tərkib hissəsidir. Vəkillik institutunun rolu ayrı-ayrı ölkələrdə fərqlidir. O cümlədən sovetlər dövründə fərqli olub. Azərbaycanda isə, tam əminliklə deyə bilərəm ki, sovetlər dövründən fərqli olaraq və Azərbaycan müstəqillik əldə etdikdən sonra vəkillik institutunun rolu dəyişib, bu sahə daha aktiv olub. Son zamanlar vəkillik sahəsinin nə dərəcədə inkişaf etdiyini hər birimiz müşahidə edirik. Buna ancaq sevinə bilərik”.

 

Pravda.az xəbər verir ki, bu sözləri baş prokror Kamran Əliyev Vəkillər Kollegiyasının 28 dekabr - Vəkil Günü münasibətilə keçirilirən tədbirində deyib.

 

“Yaxşı istintaqçı, yaxşı prokurorluq daim savadlı vəkillərin biliklərindən istifadə etməlidir. Vəkillərlə istintaqçılar arasında sağlam əlaqə olması yalnız işin xeyirinə olar”, - baş prokror bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 27 Dekabr 2025, 11:48   
Seçilən
35
pravda.az

1Mənbələr