AZ

DİN ötən gün aşkar olunan silah-sursatın sayını açıqladı

BAKI, 27 dekabr. TELEQRAF

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 4 tüfəng və 25 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
68
49
teleqraf.com

10Mənbələr