Bakı. Trend:
IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlaracavab vermək məqsədilə yaradılıb.
Trend xəbər verir ki, bunuHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyeva "Euronews"a müsahibəsindəbildirib.
Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi vəbiomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportajhazırlayıb.
“Əvvəldən başa düşürdük ki, ekologiya ayrı-ayrı növlərin xilasıvə ya iqlim dəyişikliyi ilə mübarizədən qat-qat artıqdır. Bu, həyattərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə necə təsiretdiyimizlə bağlıdır. Bir çox ölkə təəssüf ki, qorunan əraziləriniitirsə də, Azərbaycan onları genişləndirməkdə davam edir. Sonillərdə iki yeni milli park açılıb, digərləri isəgenişləndirilib.
Gələn il biz Qarabağ Milli Parkının açılışını gözləyirik vəbundan sonra Azərbaycanda qorunan ərazilərin sahəsi ölkə ərazisinintəxminən 30 faizini təşkil edəcək. Bu gün bizim diqqətimizi yeni,aktual çağırışlara, xüsusən də Xəzər dənizindəki vəziyyətə – suyunsəviyyəsinin aşağı düşməsinə, çirklənməyə və dəniz həyatı, ocümlədən Xəzər suitisi üçün artan təhlükəyə yönəldirik. Bu, heç birölkənin təkbaşına həll edə bilməyəcəyi böhrandır. Biz birlikdəhərəkət etməli və Xəzəri ortaq milli sərvətimiz kimidəyərləndirməliyik.
Mənə elə gəlir ki, biz indi elə bir məqama çatmışıq ki,ekologiya artıq söhbətdən deyil, fəaliyyətdən ibarətdir. Biz bubarədə kifayət qədər danışmışıq və bu, əlbəttə ki, vacibdir, lakintəbiətin artıq sözə ehtiyacı yoxdur - onun bizim hərəkətlərimizəehtiyacı var. Əsas odur ki, optimist qalmaq və hər kəsin, hətta təkbaşına çox şey dəyişə biləcəyini başa düşməkdir. Birlikdə isəmöcüzələr yarada bilərik", - deyə Leyla Əliyeva qeyd edib.
Süjetdə Azərbaycanda ətraf mühitin mühafizəsi tədbirlərininbiomüxtəlifliyin qorunmasından çox kənara çıxdığı vurğulanıb.Bildirilib ki, milli institutlar və şirkətlər, xüsusən də IDEAətraf mühitin mühafizəsi sahəsində həm quruda, həm də dənizdəişləyirlər. Bu işlərin ən bariz nəticələrindən birini ölkəərazisində milli parkların genişləndirilməsi və mühafizəsindəgörmək olar.
"Euronews"a açıqlama verən Azərbaycan Ekologiya və TəbiiSərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətininrəis müavini Arzu Babayeva deyib: "Dünyada biomüxtəlifliyinitirilməsi, iqlim dəyişikliyi, ekoloji təzyiq kimi bir çox ekolojiproblemlər mövcuddur. İndi hərəkət etmək vaxtıdır. Gördüyümüz işözümüz üçün deyil, dünya, təbiət və gələcək nəsillər üçündür".
O, ilk mühafizə zonasının 1910-cu ildə yaradıldığını, sonra isəbelə ərazilərin şəbəkəsinin genişləndiyini qeyd edib: "Hazırda 12milli parkımız, 9 dövlət milli qoruğumuz və 24 dövlət təbiətqoruğumuz var. Bu ərazilərdə nəsli kəsilməkdə olan və nadir növlər,məsələn, imperator qartalı, dağ ceyranları, qonur ayılar, ağquyruqlu qartallar və başqa canlılar yaşayır".
Süjetdə vurğulanıb ki, hökumət milli parkların yaradılmasıüzərində işləyərkən IDEA kimi yerli təşkilatların işi daha datəsiredicidir. Belə ki, təşkilat bizonların Azərbaycanın şimalbölgələrinə qaytarılmasına, həmçinin Azərbaycanın ən mühüm sərvətiolan Xəzər dənizinin qorunmasına kömək edir.
WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov telekanalaçıqlamasında bildirib ki, Qafqaz bölgəsinin simvolu olan bizon çoxqədim zamanlarda Azərbaycanda yaşayıb: "Biz layihəyə 2018-ci ildəbaşlamışıq və bu ərazi bizonun hələ də bərpa oluna biləcəyinöqtələrdən biri kimi seçilib. Bundan sonra biz Avropazooparklarında hələ də Qafqaz bizonu genlərinə malik heyvanlartapdıq. Ona görə də biz bura yalnız Qafqaz dağ bizonu cinsiningenlərinə malik fərdləri gətirdik. Onlar indi vəhşi təbiətdəyaşayırlar. Yayda Alp qurşağında, soyuq mövsümdə isə qışda meşəyəenərək qışı meşəlik ərazilərdə keçirirlər".
Müəllif qeyd edib ki, IDEA Xəzər dənizində layihələr üzərindəişləyərkən eyni yanaşmadan istifadə edib. "Mikroplastik çirklənməXəzər dənizinin üzləşdiyi digər əsas problemlərdən biridir. Böyükmiqdarda plastik çirklənmə digər ölkələrdən qaynaqlanır vəcərəyanlarla Xəzər sahillərinə daşınır. Bu plastikin Xəzərsahilindən təmizlənməsi üçün IDEA-nın rəhbərliyi ilə bir sıratədbirlər həyata keçirilir", - deyə Coğrafiya İnstitutunun "CaspianIntegrated Scientific Network" (CASPISNET)) proqramınınkoordinatoru Elnur Səfərov bildirib.
Materialda deyilir ki, bu ekoloji təhdidlər tərəfdaşlıq vəməsuliyyətdən tutmuş planetin gələcəyinə qədər getdikcə daha genişmövzuları gündəmə gətirir.