AZ

Çin xarici ticarətlə bağlı qanunu yeniləyib

Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi 2026-cı il martın 1-də qüvvəyə minəcək “Xarici ticarət haqqında” qanunu yeni redaksiyada qəbul edib.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Sənəd milli suverenliyin və inkişaf maraqlarının qorunmasına dair mexanizmləri təsbit edir, həmçinin ticarət sahəsində cavab tədbirləri görmək üçün hüquqi alətləri genişləndirir.

Bundan əlavə, qanun intellektual mülkiyyətin müdafiəsinin gücləndirilməsini və Çin normalarının beynəlxalq standartlarla fəal şəkildə əlaqələndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Çinin “Xarici ticarət haqqında” qanunu 1994-cü ildən qüvvədədir. Hazırki redaksiya 11 fəsildən ibarətdir.

MənbəREPORT
Seçilən
8
4
banker.az

5Mənbələr