AZ

Bayram günləri qidalanmada yol verdiyimiz səhvlər

Bakı. Trend:

Bayram günlərində ən çox yol verdiyimiz səhvlərdən birihəddindən artıq qidalanmaqdır. Süfrələrin bol və çeşidli olmasıinsanı normadan artıq yeməyə sövq edir ki, bu da mədə-bağırsaqsistemində ağırlaşma, köp, həzm pozğunluğu və ümumi narahatlıqyarada bilər. Bu cür fəsadların qarşısını almaq üçün qidalanmanınoptimal rejiminə əməl etmək, porsiyalara diqqət yetirmək və müəyyənhəddi gözləmək məqsədəuyğundur.

Trend xəbər verir ki, bubarədə AQTİ məlumat yayıb.

Bildirilir ki, digər geniş yayılmış səhv müxtəlif qidalarınuyğunluğuna fikir verilmədən qarışıq şəkildə istehlak edilməsidir.Zülal, karbohidrat və yağların bir-biri ilə düzgünuyğunlaşdırılmaması həzm prosesini çətinləşdirir və orqanizmdəağırlıq hissinə səbəb olur. Buna görə də qidalar balanslı şəkildəseçilməlidir.

"Bayram süfrələrində qızardılmış və yağlı yeməklərə üstünlükverilməsi də sağlamlıq baxımından arzuolunan deyil. Bu cür yeməklərhəzm sisteminə əlavə yük salır və artıq çəki riskini artırır.Əslində isə qızartmalar əvəzinə sobada və ya buğda bişirilmiş balıqvə ət yeməklərinə üstünlük verilməsi həm daha sağlamdır, həm dəqidaların faydalı maddələrinin qorunmasına imkan yaradır.

Yüksək kalorili sousların, xüsusilə mayonezin artıq miqdardaistifadəsi də qidalanmada yol verilən səhvlərdəndir. Mayonezəvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül vəfaydalı souslardan istifadə edilməsi tövsiyə olunur.

Bayram günlərində maye qəbuluna xüsusi diqqət yetirmək sağlamlıqbaxımından olduqca vacibdir. Yemək vaxtı və ya dərhal sonra suiçilməsi həzmi zəiflədə, qazlı və şəkərli içkilərin qəbulu isəmədə-bağırsaq problemlərinə səbəb ola bilər. Daha düzgün yanaşmasuyu yeməkdən təxminən 30 dəqiqə əvvəl ilıq halda içmək, qazlı vəşəkərli içkilərdən mümkün qədər uzaq durmaqdır", - qurumdan əlavəedilib.

Məqalədə:
Seçilən
22
12
az.trend.az

10Mənbələr