AZ

Sahil Babayev Şərqi Zəngəzur idarəsinə rəis təyin etdi

Maliyyə Nazirliyinin yeni yaradılan Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin olunub.

Bizim.Media “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev Əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Nurlan Qələndar oğlu Mülkədarov təyinat alıb.
 

Qeyd edək ki, bu ilin may ayında Maliyyə Nazirliyinin yerli bölmələrinin fəaliyyətini təkmilləşdirmək, onlara münasibətdə optimal idarəetmə formasını tətbiq etmək məqsədilə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilərək onların bazasında ölkənin iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq regional maliyyə idarələri yaradılıb, onların strukturu təsdiq olunub.


Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.

Seçilən
35
14
paralel.az

10Mənbələr