AZ

"İkinci Zema olacaq?" - Prezident - VİDEO

Xəbər verdiyimiz kimi, dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Redaktor.az xəbər verir ki, tədbirdə stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova ilə söhbət edib.

İlham Əliyev idmançıdan hazırda stend atıcılığı üzrə ölkədəki vəziyyətlə maraqlanıb.

"Bildiyimə görə, bizdə səndən sonra atıcılıq sahəsində səndən sonra tənəzzül gedir", - deyə Azərbaycan Prezidenti bildirib.

Hazırlaşırıq. Biz hazırlaşırıq və mən ümid edirəm ki, hər şey yaxşı olacaq. İndi biz bütün hər şeyi planlaşdırırıq və düşünürəm ki, hər şey yaxşı olmalıdır", - Z.Meftahətdinova cavabında deyib. 

İ.Əliyevin zarafatla idmançıya verdiyi "Bəs bizdə ikinci Zema olacaq?" sualını Z.Meftahətdinova təbəssümlə: "Gözləyirik, ümid edirik olacaq", - deyə cavablandırıb.

 

Seçilən
5
5
redaktor.az

8Mənbələr