AZ

Süni intellekt insanları paralel reallıqla üzləşdirəcək

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin yayına qədər süni intellektlə çalışan insanlar, adi cəmiyyətin böyük hissəsindən fərqli olaraq, sanki paralel bir reallıqda yaşayacaqlar.

Reyting.az xəbər verir ki, bu proqnozu “Anthropic” şirkətinin həmtəsisçisi Cek Klark səsləndirib.

İş adamının sözlərinə görə, “süni intellekt iqtisadiyyatı” rəqəmsal dünyanın digər sahələrindən qat-qat sürətlə inkişaf edəcək və real iqtisadiyyata ciddi təsir göstərəcək. O, bunu şəxsi təcrübəsi ilə əsaslandırıb.

C. Klark

C. Klark misal olaraq “Claude Code” sistemini göstərərək bildirib ki, o, bir neçə dəqiqə ərzində əvvəl uzun həftələr tələb edən mürəkkəb proqramlaşdırma tapşırıqlarını yerinə yetirə bilir. Bu isə artıq süni intellekt vasitəsilə yalnız ideya təqdim edib sürətli, tam işlək nəticə əldə etməyə bənzəyir.

Dünyanın və müasir insanın gələcəyindən narahatlıq keçirdiyini deyən C. Klark xəbərdarlıq edib ki, bu inkişaf hələlik bir çoxları üçün görünməz və qaranlıq qalır. Onun fikrincə, süni intellektin real imkanlarını dərk etmək üçün istiqamətli maraq, güclü modellərə çıxış və düzgün tapşırıq vermək bacarığı lazımdır. Təəssüf ki, bu xüsusiyyətlər az sayda insanda var və nəticədə fərq daha da dərinləşəcək.

C. Klark həmçinin süni intellekt şirkətlərinə çağırış edərək bildirib ki, yaxın dövrə texnoloji optimizmlə yanaşmaq, sağlam düşüncə sərgiləmək və süni intellektin inkişafına xüsusi həssaslıq və ehtiyatla yanaşmaq vacibdir.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
reyting.az

1Mənbələr