AZ

“Ayntraxt Frankfurt”un prezidenti azarkeşlərin davranışlarını sərt tənqid edib

Bakı. Trend:

“Ayntraxt Frankfurt”un prezidenti Matias Bek komandanınazarkeşlərinin son oyunlardakı davranışlarını sərt tənqid edib.

Trend xəbər verirki, Bek “Spiegel” nəşrinə açıqlamasında Köln və Barselonadakeçirilən səfər oyunlarında baş verən insidentlərin klub üçün ciddiziyan yaratdığını və bir sıra cəzalarla nəticələndiyinibildirib.

Qeyd olunur ki, “Ayntraxt” azarkeşləri Çempionlar Liqasında“Barselona” ilə səfər oyunu zamanı pirotexniki vasitələrdənistifadə edib, qonaq sektoruna ziyan vurub və meydançaya əşyalaratıblar. UEFA buna cavab olaraq Frankfurt komandasına yanvarın21-də “Qarabağ”a qarşı keçiriləcək oyunda azarkeşlərinə biletsatışını qadağan edib.

Bundan əlavə, klub Almaniya Futbol İttifaqının (DFB) İdmanMəhkəməsinin qərarları ilə azarkeşlərin qeyri-etik davranışına görəbu il bir neçə yüz min avro cərimə ödəyib.

“Bu məni də son dərəcə qəzəbləndirir və uğur təhlükə altınadüşürsə, tədbir görülməlidir”, – deyə M.Bek bildirib. O,azarkeşlərlə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıbvə fanatların davranışına görə bütün azarkeşlərincəzalandırılmasının düzgün olmadığını qeyd edib. Klub prezidentihazırda vəziyyətin həlli üçün konkret tədbirlərin hazırlanmaqdaolduğunu bildirib.

Seçilən
99
6
az.trend.az

8Mənbələr