AZ

Şarl Lekler nişanlısı ilə birlikdə Avroliqanın “Monako”-“Real” matçına qatılıb - FOTO

“Ferrari” pilotu Şarl Lekler basketbol üzrə Avroliqanın Monte Karloda keçirilən “Monako” - “Real” matçına azarkeş olaraq qatılıb.

İdman.Biz xəbər verir ki, “F1” pilotu basketbola xüsusi marağı ilə diqqət çəkib.

Lekler matça sevgilisi Aleksandra Sen-Mlyö ilə birlikdə qatılıb.

Şarl Aleksandra ilə 2023-cü ildən bəri münasibətdədir. Aleksandra influenserdir və incəsənət tarixinə olan xüsusi marağı ilə tanınır.

Mövsümün sonunda Şarl “Formula-1” pilotlarının sıralamasında 242 xalla beşinci yeri tutub. Onun komanda yoldaşı və yeddiqat “Formula-1” çempionu, britaniyalı Lyuis Hemilton 156 xalla altıncı olub. “McLaren” pilotu Lando Norris dünya çempionu titulunu qazanıb.

İdman.Biz
Seçilən
52
1
idman.biz

2Mənbələr