AZ

ABŞ iqtisadiyyatına 1,4 milyard dollar qazandıran serial

Axsham.az saytına istinadən ain.az xəbər verir.

"Netflix"in məşhur “Çox qəribə işlər” (“Stranger Things”) serialı ABŞ iqtisadiyyatına 1,4 milyard dollar töhfə verib.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Serialın istehsalı nəticəsində 8 mindən çox yeni iş yeri yaradılıb.

Ən böyük iqtisadi faydanı serialın əsasən çəkildiyi Corciya ştatı əldə edib. Serialın bu ştatın ümumi daxili məhsuluna töhfəsi 650 milyon dollar təşkil edib. İstehsal prosesinə isə 2 mindən çox podratçı cəlb olunub.

İkinci yerdə 500 milyon dollar töhfə ilə Kaliforniya ştatı qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
axsam.az

1Mənbələr