İsrail mediası Rusiya Prezidenti Vladimir Putin ilə Suriya Prezidenti Bəşşar əş-Şaraa arasında gözlənilən görüşün nəticələrindən narahat olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, İsrail televiziyasının 12-ci kanalı Qərb diplomatlarına istinadən məlumat yayıb. Bildirilir ki, görüşdə Suriya Prezidenti Rusiyaya ölkənin cənubundakı silahsızlaşdırılmış zonada qoşunlarını yerləşdirməyə və Suriya sahillərindəki bazalarda iştirakını artırmağa icazə verəcək, bunun müqabilində isə Putindən silah və hərbi texnika tələb edəcək.
Qərb diplomatları hesab edirlər ki, əş-Şaraanın bu addımı Tramp administrasiyası ilə onun hazırda inkişaf edən münasibətlərini təhlükəyə ata bilər.