AZ

XİN rəhbərləri İsrailin bu addımını təhlükəli nümunə adlandırdı

Türkiyə, Misir, Somali və Cibutinin xarici işlər nazirləri telefon danışığı keçirib.

"Ölkə.az" xəbər verir ki, nazirlər İsrailin Somalilendin müstəqil dövlət kimi tanınmasını pisləyiblər.

XİN rəhbələri Somalinin birliyini, suverenliyini və təhlükəsizliyini dəstəklədiklərini vurğulayıblar və ölkədə sabitliyin təməllərini sarsıda biləcək hər hansı bir tədbiri rədd ediblər.

Nazirlər qeyd ediblər ki, Somalinin bəzi hissələrinin müstəqilliyinin tanınması təhlükəli bir nümunədir, beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir. Onlar həmçinin fələstinlilərin məcburi köçürülməsini də rədd ediblər.

Elvin 

Ölkə.az

Seçilən
49
2
olke.az

3Mənbələr